AZ

“Messi kimi futbolçu bir daha gəlməyəcək”

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Liverpul”un futbolçusu Aleksis Mak Allister “TNT Sports” portalına müsahibə verib.

Futbolpress.az xəbər verir ki, argentinalı futbolçu həmyerlisi Lionel Messi ilə Kriştiano Ronaldonu müqayisə edib:

“Messi ilə Ronaldonun müqayisəsində mübahisəyə ehtiyac yoxdur. Bəlkə də, argentinalı olduğum üçün belə deyirəm. Həqiqətən, Ronaldoya hörmətlə yanaşıram və onu dünyanın ən yaxşı futbolçuları sırasında ikinci görürəm. Birinci isə təbii ki, Messidir. Messi kimi futbolçu bir daha gəlməyəcək”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
futbolpress.az

1Mənbələr