AZ

Matça doğru: “Turan Tovuz”da üzlər gülür, “Sabah”da narahatlıq var 

Misli Premyer Liqasının V turunda “Sabah” “Turan Tovuz”u qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda meydana itkilərlə çıxacaq. “Turan Tovuz”un zədəli futbolçusu David Tavareş bu matçda da forma geyinə bilmir.

 “Sabah”da isə zədəlilərin siyahısı daha çoxdur. İqor Noqeyra, Cesse Sekidika, Nyeqoş Kupusoviç, Aleksey İsayev və Boyan Letiç bugünkü görüşü kənardan izləyəcək.

Qarşılaşma saat 19:30-da start götürəcək.

Seçilən
33
1
idmanxeber.az

2Mənbələr