AZ

İsveç Finlandiyadan yeni desant katerləri alır

İsveçin Müdafiə Avadanlıqları İdarəsi (FMV) desant bölmələri üçün əlavə 20 ədəd katerin alınması ilə bağlı Finlandiya “Marine Alutech Oy Ab” şirkəti ilə müqavilə imzalayıb.

“Poliqon” İsveç FMV-yə istinadən xəbər verir ki, müqavilənin dəyəri 130 milyon SEK (13.8 milyon ABŞ dolları) təşkil edir.

Müqaviləyə əsasən, ilk kater sınaq seriyası üçün təhvil veriləcək. Daha sonra isə qalan katerlər təhvil alınacaq və son çatdırılma 2028-ci ildə baş tutacaq.

Qeyd olunub ki, yeni desant katerləri İsveçin Ukraynaya bağışladığı katerləri əvəz edəcək.

Seçilən
39
poliqon.az

1Mənbələr