AZ

Dünya çempionatı: Bu gün 6 güləşçimiz mübarizəyə başlayacaq

Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən dünya çempionatında bu gün Azərbaycanın 6 yunan-Roma güləşçisi mübarizəyə başlayacaq.

İdman.biz xəbər verir ki, Murad Məmmədov (63 kq) qırğızıstanlı Bayaman Kərimovla, Həsrət Cəfərov (67 kq) venesuelalı Neyser Marimon Hidalqo ilə, İslam Abbasov (87 kq) UWW bayrağı altında çıxış edən Stanislav Şafarenko ilə üz-üzə gələcək.

Bununla yanaşı, Ülvi Qənizadə (72 kq) finalda fransalı İbrahim Qanemlə qızıl medal uğrunda güləşəcək.

Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) isə bürünc medal qazanmaq üçün xalçaya çıxacaqlar.

Qeyd edək ki, Azərbaycan yığmasının aktivində artıq 4 medal var. Giorgi Meşvildişvili (125 kq) gümüş, Eldəniz Əzizli (55 kq), Nürəddin Novruzov (61 kq), Arseniy Djioyev (86 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc mükafat əldə ediblər.

İdman.biz

Seçilən
66
1
idman.biz

3Mənbələr