AZ

Azərbaycan-Türkmənistan əməkdaşlığını genişləndirir

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkmənistanda yataqların işlənməsi layihələrində iştirak etməkdə maraqlıdır.Metbuat.az xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahib Ələkbərov Türkmənistanın Avaza şəhərində keçirilən TIF 2025 İnvestisiya Forumunda bildirib. O qeyd edib ki, Azərbaycan enerji sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır və Türkmənistandan Azərbaycana, həmçinin üçüncü ölkələrə tranzit dəhlizi təklif edir.

“Türkmənistanla əməkdaşlıq Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafı və Orta dəhlizinin səmərəliliyinin artırılması üçün mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, yanvar-iyul aylarında iki ölkə arasında tranzit yüklərin həcmi ötən illə müqayisədə 13 artaraq, 1 milyon tonu ötüb. Yüklərin təxminən 76 faizi dəmir yolu ilə daşınıb”.


Seçilən
73
metbuat.az

1Mənbələr