Bakı, 20 sentyabr, AZƏRTAC
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 19-da ümumi çəkisi 14,1 kiloqramdan artıq narkotik vasitə və kultivasiya yolu ilə yetişdirilmiş 43 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Bu barədə AZƏRTAC-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
Qeyd olunub ki, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.