ain.az, 525.az saytına istinadən bildirir.
Fransa prezidenti Emmanuel Makronla Fələstin lideri Mahmud Abbas arasında telefon danışığı olub.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, danışıq zamanı Makron sentyabrın 22-də Fələstini dövlət kimi tanıyacaqlarını və regionun təhlükəsizliyi və sabitliyi üçün götürdükləri öhdəliklərin yerinə yetirilməsini təmin edəcəklərini bildirib.
O, bunu sülh planı çərçivəsində edəcəyini vurğulayıb.
“Fələstin rəhbərliyinə tələblərimizi təkrarladım. Bu baxımdan prezident Mahmud Abbas Fələstin Muxtariyyətinin yenilənməsi və gələcək Fələstin Dövlətinin sabitliyinin təmin edilməsi üçün lazımi islahatları həyata keçirmək əzmində olduğunu təkrarladı”, - deyə Fransa prezidenti bildirib.
İsgəndər Həsənov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.