AZ

Kadi ikinci dəfə qız atası oldu

"Qarabağ”ın braziliyalı ulduzu Kadi Borges ikinci dəfə ata olub.

"Football-plus.az" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin qız övladı dünyaya gəlib. Bu barədə Bakıda fəaliyyət göstərən "Liv Bona Dea Hospital" öz sosial şəbəkə hesabında məlumat yayıb:
“Qarabağ"ın futbolçusu Kadi Borges "Liv Bona Dea Hospital"da ata oldu. "Qarabağ"ımızın sevimli legioneri Kadi Borges "Liv Bona Dea Hospital"da valideynlik sevincini yaşayıb. Futbolçumuzun qız övladı dünyaya gəlib”.

Braziliyalı futbolçu Samara adlı azərbaycanlı qadınla evlidi. Cütlüyün bu nikahdan daha əvvəl də bir qız övladı olub.
Seçilən
0
football-plus.az

1Mənbələr