AZ

Məktəbli bacı qardaşın ölümü: Cinayət işi açıldı KONKRET

ain.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Lənkəran rayonunda məktəbli bacı-qardaşın öldüyü yol qəzası ilə bağlı cinayət işi başlanılıb.

KONKRET.az xəbər verir ki, faktla bağlı Lənkəran rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.3-cü ( yol istismar qaydalarını pozma, iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd edək ki, ötən gün Vurğun Asif oğlu Quluzadə Lənkəran-Lerik magistral avtomobil yolunun Lənkəran rayonu Şovu kəndi ərazisindən keçən hissəsində idarə etdiyi 10 SV 620 dövlət qeydiyyat nişanlı “Mersedes-Benz C230” markalı avtomobillə yol kənarında hərəkətdə olan piyadalar – 2017-ci il təvəllüdlü Günay Şamid qızı Əlizadə və 2014-cü il təvəllüdlü Ramid Şamid oğlu Əlizadəni vurub. Sonuncular xəstəxanaya aparılarkən yolda ölüblər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
10
31
konkret.az

10Mənbələr