AZ

Azərbaycanla aramızda sülh bərqərar olub - Paşinyan 

Bir il 7 aydır ki, Ermənistan-Azərbaycan sərhədində heç bir əsgər ölməyib və yaralanmayıb.

Modern.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan hakim “Mülki Müqavilə” partiyasının qurultayında çıxışı zamanı bəyan edib.

"Müstəqillik əldə etdikdən sonra elə bir dövrümüz olmayıb ki, bir il yeddi ay sərhəddə açılan atəş nəticəsində heç bir əsgərimiz həlak olmasın və yaralanmasın. Bu, sülhdür. Azərbaycanla sülh imzalanıb", - Paşinyan vurğulayıb.

O, Ermənistanın tarixi məqam qarşısında dayandığını da bildirib:

“Bu gün biz birlikdə Ermənistan Respublikasında gələcək əsrlər boyu həyatın əsas xüsusiyyətlərini müəyyən edəcək qərarlar qəbul edəcəyik”.

Baş nazir bu nailiyyət münasibətilə hər kəsi təbrik edib.

Seçilən
21
2
modern.az

3Mənbələr