AZ

ABŞ Rusiyaya qarşı yeni sanksiyalara

ABŞ Senatında Rusiyaya qarşı yeni sanksiya layihəsi irəli sürülüb. Metbuat.az xəbər verir ki, bu barədə "The Financial Times" yazıb ki, qanun layihəsi Rusiyanın neft satışından gəlirlərini azaltmaq və “kölgə donanması”nın fəaliyyətini məhdudlaşdırmaq məqsədi daşıyır. Təşəbbüsün müəllifləri senator Cim Riş və Cen Şahin olub. Layihəyə həmçinin Ukraynaya yardımı dəstəkləyən senator Lindsi Qrem və senatın kəşfiyyat komitəsinin sədri Tom Kotton da qoşulub. Sanksiyalar yalnız “kölgə donanması” ilə məhdudlaşmır, həmçinin Rusiyanın mayeləşdirilmiş təbii qaz layihələrinə də şamil olunması gözlənilir.Avropa İttifaqı da bu günlərdə Rusiyaya qarşı 19-cu sanksiya paketini qəbul edib. Yeni məhdudiyyətlərin detalları Avropa Komissiyası tərəfindən açıqlanacaq.

Bununla yanaşı, qanun layihəsinin Nümayəndələr Palatasında müqavimətlə üzləşə biləcəyi istisna edilmir, çünki bir çox konqresmenlər Ukraynaya yardıma qarşıdır. ABŞ prezidenti Donald Trampın isə təşəbbüsə münasibəti hələ ki, məlum deyil. O, sentyabrın 18-də bəyan edib ki, Qərb ölkələri Rusiya neftindən imtina edəcəyi halda, Moskva ilə bağlı əlavə sanksiyalar tətbiq etməyə hazırdır.

Seçilən
31
29
metbuat.az

10Mənbələr