AZ

“Bolmart”da müştəriləri endirimlə belə aldadırlar-Video

[center]“Bolmart”da[/center]“Bolmart” supermarketlər şəbəkəsində vətəndaş endirimlə bağlı narazılıq edib.

Patrulaz.az-ın qaynar xəttinə daxil olan müraciətdə vətəndaş bildirib ki, “Bolmart” supermarketlər şəbəkəsində “Bizim Süfrə” turşusu məhsulunun qiymətində uyğunsuzluqla rastlaşıb.

Onun sözlərinə görə, məhsulun real qiyməti 4 manat 10 qəpik olduğu halda, üzərində əvvəlcə 5.35 manat göstərilib, guya endirim tətbiq edilərək 4.81 manata endirildiyi qeyd olunub. Bu isə qiymətdə azalma əvəzinə artım kimi görünür.

Vətəndaş məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını istəyir. (Patrulaz.az)

[b]VİDEO LİNKDƏ:[/b] [url=https://xalq.online/bolmart-da-musterileri-endirimle-bele-aldadirlar-video]https://xalq.online/bolmart-da-musterileri-endirimle-bele-aldadirlar-video[/url]

Seçilən
22
yenisoz.az

1Mənbələr