AZ

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

2025-ci ilin ilk 8 ayı (yanvar-avquust) ərzində Azərbaycandan 157 milyon 153 min dollar dəyərində 143 min 995 ton pomidor ixrac olunub. 

Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir. 

2025-ci ilin 7 ayı ərzində Azərbaycandan 156 milyon 872 min dollar dəyərində 143 min 578 ton pomidor ixrac edilmişdi. Beləliklə, avqustda cəmi 281 min dollar dəyərində 417 ton pomidor ixrac edilib. 

Ötən ilin avqust ayında da pomidor ixracı demək olar ki, dayanmışdı. 2024-cü ilin 7 ayında 139 milyon 524 min dollarlıq, 8 ayında isə 139 milyon 545 min dollarlıq pomidor ixrac olunmudşu.

2024-cü ilin 8 ayı (yanvar-avquust) ərzində Azərbaycandan 139 milyon 545 min dollar dəyərində 116 min 951 ton pomidor ixrac edilmişdi. Beləliklə, 2025-ci ilin 8 ayında ötən ilin 8 ayı ilə müqayisədə pomidor ixracı 12,6%, miqdar ifadəsilə 23,1% artıb.

Seçilən
44
2
marja.az

3Mənbələr