AZ

Dünya çempionu və "Bavariya"nın əfsanəsi karyerasını başa vurdu

Almaniya yığmasının heyətində dünya çempionu olmuş Jerom Boatenq karyerasını başa vurub.

"Cebheinfo.az" Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Bavariya"nın keçmiş müdafiəçisinin özü sosial şəbəkə hesablarında məlumat verib.

"Ailə. Dostlar. Fanatlar. Vaxt gəldi" , - deyə 37 yaşlı futbolçu paylaşımında yazıb.

Qeyd edək ki, Boatenq Münhen təmsilçisinin heyətində 363 oyun keçirib və 25 titul qazanıb. Almaniya millisinin heyətində isə 76 matça çıxıb və 2014-cü ildə dünya çempionu adını qazanıb.

"Cebheinfo.az" 

Seçilən
40
2
cebheinfo.az

3Mənbələr