AZ

Asiya İnkişaf Bankı CAREC çərçivəsində transsərhəd su əməkdaşlığı üzrə texniki yardım üçün vəsait ayıra bilər

Bakı. Trend:

Asiya İnkişaf Bankı (AİB) Mərkəzi Asiya Regional İqtisadiƏməkdaşlıq (CAREC) proqramının su sahəsi çərçivəsində “İqlimədayanlıq su ehtiyatlarının idarə olunması üçün transsərhəd suəməkdaşlığının gücləndirilməsi” layihəsinin həyata keçirilməsiməqsədilə texniki yardım kimi 960 min ABŞ dolları ayıra bilər.

Bu barədə TrendAİB-a istinadən xəbər verir.

Regional təşəbbüs Azərbaycan, Gürcüstan, Qazaxıstan, QırğızRespublikası, Tacikistan, Türkmənistan və Özbəkistanı əhatəedir.

CAREC-in su sahəsi 2017-ci ildə CAREC 2030 strategiyasıçərçivəsində təqdim olunub və su qıtlığı, onun səmərəli istifadəsiilə bağlı problemlərin həlli üçün platforma rolunu oynayır. 2019-cuildə Daşkənddə keçirilmiş CAREC iclasının yekunlarına əsasən,proqram tərəfdaşları və AİB su sahəsinin formalaşdırılması üçüntədqiqat işlərinin aparılmasına dair razılıq əldə ediblər. 2020-ciildə isə Mərkəzi Asiyada iqlim dəyişikliyi, iqtisadi amillər vədavamlı maliyyələşdirmə nəzərə alınmaqla su ehtiyatlarının idarəolunmasının təkmilləşdirilməsinə yönəlmiş kiçikmiqyaslı regionaltexniki yardım təsdiqlənib.

Su sahəsi üzrə işçi qrupunun ilk görüşü 2024-cü il iyunun17–18-də İstanbulda keçirilib. İkinci görüş isə virtual formatdakeçiriləcək və burada regional təşəbbüslərin layihəöncəsitədqiqatları üzrə məlumatların yenilənməsi, su-enerji balansınınmodelləşdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq məsələlərininmüzakirəsi, həmçinin yeni texniki yardım proqramının təqdimatınəzərdə tutulur.

Görüşdə CAREC iştirakçı ölkələrinin milli əlaqələndiriciləri,regional institutlar, AİB nümayəndələri və texniki yardım üzrəməsləhətçilər iştirak edəcəklər. Onların təklifləri su əməkdaşlığısahəsində birgə layihələrin hazırlanmasının davam etdirilməsi vəhəyata keçirilməsi üçün əsas olacaq.

Məqalədə:
Seçilən
7
az.trend.az

1Mənbələr