AZ

Türkiyənin Antalya vilayətində güclü meşə yanğını: turistlər otellərdən təxliyə olunur

Bakı, TurkicWorld

Türkiyənin Antaliya vilayətində meydana gələn meşə yanğını ilə əlaqədar Belek şəhərində yanğın ocağına yaxın yerləşən otellərdən turistlər təxliyə olunur.

Bu barədə TurkicWorld Türkiyə KİV-ə istinadən xəbər verir.

"Bələkdə yanğın meydana gəlib! Otellərdən insanlar təxliyə olunur", - "Antalya Haqqında" portalının "X" səhifəsində qeyd olunub.

Qeyd edək ki, ötən gün Alanya və Muratpaşadakı meşə yanğınlarının ardından Kundu ilə Bələk arasında yerləşən ərazidə də yanğın baş verib.

Əraziyə Antalya bələdiyyəsinin yanğınsöndürənləri və yerli meşə idarəsinin çox sayda əməkdaşı səfərbər olunub. Yanğının söndürülməsi üçün tədbirlər davam etdiyi bir vaxtda, küləyin şiddətlənməsi alovun daha geniş yayılma riskini artırıb.

Seçilən
26
1
turkic.world

2Mənbələr