AZ

ABŞ İsrailə altı milyard dollarlıq silah satmağı planlaşdırır

Müəllif:Mehin Qasımova,Banco.az

ABŞ İsrailə təxminən 6 milyard dollar dəyərində yeni hərbi texnika satışını planlaşdırır.

Banco.az xəbər verir ki, bu barədə  Wall Street Journal (WSJ) nəşri qeyd edib.

Təklif edilən paketə 30 ədəd AH-64 Apache hücum helikopteri və 3 250 piyada zirehli texnikası daxildir.

 Sənədlərdə həmçinin qeyd olunur ki, texnikanın təhvil verilməsi ən erkən 2–3 il çəkə bilər və satış ABŞ-ın xarici hərbi yardım proqramı çərçivəsində maliyyələşdiriləcək.

Satış planının rəsmi təqdimatı Konqresə ediləcək. Plan Konqresə təqdim edildikdən və Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin və Senatın Xarici Əlaqələr Komitəsinin rəhbərləri tərəfindən təsdiq olunduqdan sonra ictimaiyyətə rəsmi şəkildə açıqlanacaq.

Nəşr vurğulayır ki, sözügedən satış planı Konqres liderlərinə İsrailin 9 sentyabr tarixli Qətərdə Həmas liderlərinə hücumundan təxminən bir ay əvvəl təqdim olunub.

Satış baş tutduğu təqdirdə İsrailin hazırkı Apache donanmasının ölçüsü demək olar ki, iki dəfə artırılacaq — bu isə İsrailin hava hücum qabiliyyətinə əhəmiyyətli təsir göstərə bilər.

Seçilən
33
banco.az

1Mənbələr