AZ

Xaçmazda 37 yaşlı kişi qətlə yetirilib

Xaçmaz rayonunun Ağtala kəndində qətl hadisəsi baş verib.

APA-nın şimal bürosu xəbər verir ki, kənd sakini 37 yaşlı Kənan Cəbiyev bıçaqlanaraq öldürülüb. Qətli törətməkdə şübhəli bilinən Ağtala kənd sakini 32 yaşlı Emin Baxışov saxlanılıb.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində cinayət işi başlanıb, istintaq araşdırmaları aparılır.

Seçilən
41
6
apa.az

7Mənbələr