AZ

Yetərsay çatmadı, bir qurumun tenderi - LƏĞV OLUNDU

“Mərkəzi Neftçilər Xəstəxanası” Publik Hüquqi Şəxsinin satınalması ləğv edilib.

FED.az xəbər verir ki, “Mərkəzi Neftçilər Xəstəxanası” Publik Hüquqi Şəxsi havalandırma sisteminin təmiri üçün ehtiyat hissələrinin alışı və quraşdırılmasının satın alınması ilə bağlı elan etdiyi satınalma prosedurunu ləğv edib.

Ləğv edilmə səbəbinə görə, satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olub. Bu səbəbdən “Dövlət satınalmaları haqqında” Qanunun 36.1.1-ci maddəsinə əsasən prosedur etibarsız sayılıb.

 Satınalma 19 sentyabr 2025-ci il, saat 15:48-də elan olunmuşdu.

Seçilən
34
fed.az

1Mənbələr