AZ

“Qarabağ” “Liverpul”dan irəlidədir

UEFA Çempionlar Liqasında əsas mərhələnin ilk turuna yekun vurulub.

Turnir cədvəlinə son oyun günündə Almaniyada “Qalatasaray”ı darmadağın edən “Ayntraxt” başçılıq edir. Fransanın PSJ klubu 2-ci, Portuqaliyanın “Sportinq”i 3-cü sırada qərarlaşıb. Səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edən “Qarabağ” 10-cu pillədə yer alıb. İngiltərənin “Liverpul” komandası 11-ci, İspaniyanın “Barselona” klubu 12-ci, “Real” Madrid klubu isə 13-cü sıradadır.

Qeyd edək ki, Çempionlar Liqasında II turun oyunları sentyabrın 30-da start götürəcək. 36 komandanın iştirak etdiyi Liqa mərhələsində ilk 8 yeri tutan komandalar birbaşa 1/8 finala yüksələcək. Bu raundu 9-24-cü pillələrdə başa vuran kollektivlər isə play-off matçları oynayacaqlar.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
15
1
xalqqazeti.az

2Mənbələr