AZ

Azərbaycanın mebel şirkətinin dövlətə 3,8 milyon manatdan çox vergi borcu var

“Damla Mebel” MMC-nin nə qədər vergi borcunun olduğu məlum olub.

FED.az xəbər verir ki, məlumata əsasən,mebel şirkətinin vergi borcu 3 milyon 812 min 138,23 manatdır. Bu vergi borcu 19.09.2025-ci il tarixinə olan məlumatdır.

Qeyd edək ki, bu vergi borcu 16.12.2024-cü il tarixinə olan məlumata görə 3 milyon 269 min 506.87 manat idi.

Xatırladaq ki, “Damla Mebel” MMC 2016-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Rəşadət Cavadov Ədalət oğludur.

Seçilən
10
fed.az

1Mənbələr