AZ

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Beynəlxalq kredit reytinq agentliyi Fitch Ratings İtaliyanın uzunmüddətli xarici valyuta üzrə kredit reytinqini “BBB”dən “BBB+” səviyyəsinə qaldırıb. Reytinqin proqnozu isə “sabit” kimi müəyyən edilib.

Fitch-dən verilən açıqlamada bildirilir ki, reytinq artımı İtaliyanın maliyyə sabitliyinə artan etimadla bağlıdır. Qurum hesab edir ki, ölkədə sabit siyasi mühitin mövcudluğu, islahatların davam etməsi və xarici disbalansların azalması kredit göstəricilərini gücləndirən əsas amillərdir.

Agentlik, həmçinin, 2025–2027-ci illərdə struktur gəlirlərdə artım və sərt xərclərə nəzarət nəticəsində dövlət büdcəsi kəsirində mərhələli azalma gözləndiyini vurğulayıb.

Seçilən
3
1
marja.az

2Mənbələr