AZ

Milli ilə uğursuzluqdan sonra Fernandu Santuşun yeni iş yeri

Azərbaycan yığmasından ayrılan portuqaliyalı baş məşqçi Fernandu Santuş karyerasını Yunanıstanda davam edə bilər.

İdman.biz xəbər verir ki, "Panatinaikos" Rui Vitoriya ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışını davam etdirir. Yunan mətbuatının yazdığına əsasən, klubun gündəminə son olaraq 70 yaşlı Santuş daxil olub.

Təcrübəli mütəxəssis əvvəllər də "Panatinaikos"u çalışdırıb. O, həmçinin Yunanıstan yığmasının, PAOK-un və AEK-in baş məşqçisi olub.

Qeyd edək ki, Fernandu Santuş Azərbaycan milli komandasında bir qələbə belə qazana bilməyib.

İdman.biz

Seçilən
70
idman.biz

1Mənbələr