AZ

Kamçatkada daha bir güclü zəlzələ baş verdi

Kamçatkada 5.8 maqnitudalı daha bir zəlzələ qeydə alınıb.

 

Bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.

 

Bildirilir ki, zəlzələnin episentri Petropavlovsk-Kamçatskidən 94 km məsafədə, Sakit okean akvatoriyasında yerləşib.

 

Sunami təhlükəsi elan edilməyib.

 

Xatırladaq ki, sentyabrın 19-da Kamçatkanın şərq sahillərində 7.8 maqnitudalı zəlzələ baş verib. Bundan sonra gün ərzində 5 və 5.5 bal gücündə daha iki yeraltı təkan qeydə alınıb.

 

Oxu.az

Tarix: 20 Sentyabr 2025, 09:18   
Seçilən
7
4
pravda.az

9Mənbələr