AZ

Polşada müharibə həyəcanı: Qırıcılar havaya qaldırıldı

Polşa ordusunun qırıcıları döyüş vəziyyətinə gətirilib.

Publika.az xəbər verir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığı "X" hesabında məlumat yayıb. Qeyd edilib ki, Polşa ilə yanaşı müttəfiqlərin də döyüş təyyarələri Rusiya qüvvələrinin Ukraynadakı aktivliyi fonunda havaya qaldırılıb.

Bundan əlavə, yerüstü hava hücumundan müdafiə və radar kəşfiyyat vasitələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Bu tədbirlərin görülməsinin həssas bölgələrlə həmsərhəd ərazilərdə təhlükəsizliyi təmin etmək üçün zəruri olduğu qeyd edilib.

Polşa Silahlı Qüvvələrinin rəsmiləri onu da əlavə ediblər ki, Əməliyyat Komandanlığı xüsusilə sərhəddə mövcud vəziyyətə nəzarət edir və tabeliyində olan qüvvələr, aktivlər dərhal cavab tədbirləri üçün tam hazır vəziyyətdədir.

Seçilən
44
publika.az

1Mənbələr