AZ

Dnepropetrovska endirilən zərbə nəticəsində 1 nəfər ölüb, 10 dan çox insan yaralanıb

Apa.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinə endirdiyi zərbə nəticəsində 1 nəfər ölüb, 10-dan çoxu şəxs yaralanıb.

APA xəbər verir ki, bu haqda Dnepropetrovsk Regional Dövlət Administrasiyasının sədri Sergey Lısak məlumat verib.

"Bir nəfər həlak olub. Daha 13 nəfər yaralanıb. Yaralıların əksəriyyətinin vəziyyəti orta ağırdır və xəstəxanaya yerləşdirilib. Bir nəfərin vəziyyəti ağırdır", - Lısak bildirib.

Dnepr və ətraf ərazilərdə bir neçə yanğının baş verdiyi bildirilir. Çoxmərtəbəli binaya, fərdi evlərə, yardımçı tikililərə və qarajlara, sənaye obyektlərinə ziyan dəyib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
1
apa.az

10Mənbələr