AZ

Neftçalada sərbəst güləş üzrə rayon turniri keçirilib

Şirvan-Salyan Regional Gənclər və İdman İdarəsinin Neftçala rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə Neftçala Olimpiya İdman Kompleksində "Konstitusiya və Suverenlik İli" çərçivəsində "Dövlət Suverenliyi Günü"nə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş idman növü üzrə rayon turniri keçirilib. 

Tədbirdə Neftçala Rayon İcra Hakimiyyətinin və Neftçala Rayon Gənclər və İdman sektorunun məsul əməkdaşları, idmançılar iştirak ediblər.

 İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucalan igidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib. 

Çıxışçılar yeniyetmə idmançıları salamlayaraq, "Konstitusiya və Suverenlik İli" və Dövlət Suverenliyi Günü barədə ətraflı məlumat vermiş, tədbirin əhəmiyyətini diqqətə çatdırmışlar. 

Sonra yarışın start fiti çalınıb. Yarış iki gün davam edib, maraqlı və gərgin keçib.  40 nəfər idmançının mübarizə apardığı turnirdə müxtəlif çəki dərəcələrində I, II və III yerlərə layiq görülənlər müvafiq diplomlarla təltif ediliblər. 

Seyran CAVADOV,

"Azərbaycan"

Seçilən
134
azerbaijan-news.az

1Mənbələr