Oktyabrın 12-də keçiriləcək UFC Döyüş Gecəsində Çarlz Oliveyra - Rafael Fiziyev görüşü baş tutmaya bilər.
Offsideplus.az xəbər verir ki, xarici KİV R.Fiziyevin zədələndiyi ilə bağlı məlumat yayıb. "AG Fight" saytı Azərbaycanı təmsil edən döyüşçülər yaxın şəxslərlə əlaqə saxlayıb və onun zədələnməsi ilə bağlı məlumatı təsdiqləyir.
Hələ ki UFC tərəfindən rəsmi açıqlama verilməyib. Rafael sözügedən döyüşdə iştirak etməsə, Deyna Uayt braziliyalı döyüşçü üçün yeni rəqib müəyyənləşdirəcək.