AZ

NATO hava məkanını qoruya bilmir: Baha başa gəlir...

ain.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

NATO üzvü olan ölkələr öz hava məkanına daxil ola biləcək pilotsuz təyyarələrə qarşı mübarizə aparmaq üçün bahalı döyüş təyyarələri və raketlərdən istifadə edə bilmirlər.

Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” (FT) Qərb diplomatlarına istinadən xəbər verir.

Nəşr qeyd edib ki, bir neçə dron dəsti təxminən 20 min dollara, hava hücumundan müdafiə sistemləri üçün raketlər 500 min dollara və bir döyüş təyyarəsinin qiyməti isə 100 milyon dolları keçə bilər.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyaya məxsus PUA-lar Polşa və Rumıniya hava məkanına daxil olub. Ötən gün isə Rusiya qırıcıları Estoniya və Polşa hava sərhədini pozub.

Bu insidentlər alyans ölkələrində hava məkanının qorunması məsələsini yenidən gündəmə gətirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
43
1
axar.az

2Mənbələr