AZ

Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalaya bilər.

Bakı. Trend:

Suriya yaxın günlərdə İsraillə təhlükəsizlik sazişi imzalayabilər.

Trend-in məlumatına görə, bu barədə respublikanın müvəqqətiprezidenti Əhməd əl-Şara bildirib.

O vurğulayıb ki, belə bir addım İsrail ilə münasibətlərinnormallaşması demək deyil.

"Yaxın günlərdə İsraillə 1974-cü il müqaviləsinə bənzər [ColanTəpələrində Suriya və İsrail qüvvələrinin ayrılması haqqında] sazişimzalana bilər", - deyə o qeyd edib.

Onun sözlərinə görə, İsraillə razılaşma heç bir haldamünasibətlərin normallaşması və ya Suriyanın İbrahimrazılaşmalarına qoşulması demək deyil.

Seçilən
8
az.trend.az

1Mənbələr