AZ

Naməlum şəxs Kaliforniyadateleviziya kanalının ofisini atəşə tutdu

BAKI, 20 sentyabr. TELEQRAF

Naməlum şəxs Kaliforniya ştatının Sakramento şəhərində ABC televiziya şirkətinin yerli bölməsinin ofisini atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə Sakramento polis şöbəsinin nümayəndəsi Entoni Qembla bildirib.

“Hələlik şübhəli şəxs və motivlər haqqında məlumat yoxdur. Bunun təsadüfi, yoxsa məqsədyönlü hücum olduğunu bilmirik. Hadisə yerində müstəntiqlər çalışırlar”, - məlumatda deyilir.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Seçilən
64
teleqraf.com

1Mənbələr