AZ

Sülh müqaviləsinə bir addım qaldı

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ermənistan artıq fərqli reallıqla üz-üzədir

Sentyabr ayı Azərbaycan xalqının təqvimində xüsusi bir aydır

Milli Məclisdə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Dövlət Suverenliyi Gününə həsr edilən konfrans keçirilib. Konfransda deputatlar və dövlət qurumlarının nümayəndələri iştirak ediblər. Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev deyib ki, Azərbaycan bu gün müstəqil dövlət kimi dünya birliyində qabaqcıl yer tutur. O qeyd edib ki, Azərbaycan əraziləri işğal altında olduğu dövrdə xalqımız özünün mübarizə əzmini itirməyib: “Ulu Öndər Heydər Əliyev Azərbaycanı hələ sovet dövründə belə hüquqi dövlət anlayışı səviyyəsində qorumağı bacarıb. Müstəqilliyin ilk illərində ölkəmiz üçün çətin bir dövr yaranmışdı. Dövlət xəzinəsi tamamilə boş idi. Eyni zamanda ölkə keçmiş sovetlərdən qalmış qanunlarla idarə olunurdu. 1995-ci ilə qədər Azərbaycanın Konstitusiyası mövcud deyildi. 1995-ci ildə qəbul edilən dövlət Konstitusiyası Ulu Öndər Heydər Əliyevin şah əsəri idi. O özü konstitusiya komissiyasının üzvü kimi bütün sonrakı qanunların ölkə Konstitusiyası ilə bağlı olacağını qeyd edirdi. Eyni zamanda Milli Məclis qanunvericilik sahəsində müvafiq addımlar atıb”. Fərhad Abdullayev bildirib ki, cəmiyyətlər inkişafda olduğu kimi, hüquq da inkişaf edir: "Azərbaycan Konstitusiya Məhkəməsi də bir neçə mərhələdə öz işini görür. Bizim üçün əsas amil Konstitusiya normalarının təmin edilməsidir. Konstitusiya Məhkəməsi Milli Məclislə bu sahədə yaxşı məzmunlu əlaqələr qurub”.

"Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır"

Konstitusiya Məhkəməsinin sədri deyib ki, Konstitusiya Məhkəməsinin qəbul edilən qərarlarında Milli Məclisin rəyləri xüsusi yer tutur: "Parlamentdə qəbul olunan qanunlar ekspertizadan keçir. Hər biriniz buna rəyinizi bildiririsiz. O qanunların gücü məhkəmədir. Bütün dövlətlərdə qanunlar qəbul ediləndə onlar konstitusiyaya uyğun hesab edilir və bu istiqamətdə qəbul olunur. Çoxsaylı komitələrdən keçir. Həyat göstərir ki, qanun işlənilərkən müəyyən problemlər ortaya çıxır. Müəyyən illərdən sonra aşkar olunur ki, qanunun hansısa hissəsi natamamdır. Korreksiyanın həyata keçirilməsi vacibdir. Buna görə Konstitusiya Məhkəməsi öz rəsmi təfsirinə və şərhlərinə çox böyük yer ayırır".

"2020-ci ilə qədər erməni həmkarım məni İrəvana dəvət edirdi"

Fərhad Abdullayev deyib ki, 2020-ci ilə qədər Ermənistandan olan həmkarım məni İrəvana dəvət edirdi. O qeyd edib ki, 2020-ci ildən sonra mənə belə bir dəvət gəlməyib: “Çünki son 5 ildə Azərbaycan fərqli bir situasiyadadır. Prezident İlham Əliyev də bəyan edib ki, ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edildikdən sonra Azərbaycan xalqı fərqli bir müstəvidə yaşayır”.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlə əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Azərbaycanın suverenliyi Ermənistan üçün yeni bir şərait yaratdı. O qeyd edib ki, Azərbaycanın yaratdığı yeni reallığı biz avqustun 8-də verilən qərarda aydın şəkildə gördük: “Çünki indi tamam fərqli bir situasiya yaranıb. Azərbaycanla bağlı olan yanaşmalar dəyişir ki, bu da suverenliyin yeni müstəvidə təsbitidir”.

"Suverenliyin tam bərpası Konstitusiyada yenilikləri tələb edir"

Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının rəisi Elşad Nəsirov deyib ki, bu gün bütün ərazisində suverenliyini tam bərpa etmiş Azərbaycanın Konstitusiyasının yenidən təkmilləşdirilməsi istiqamətində müəyyən zərurətlər meydana çıxıb". O qeyd edib ki, Milli Məclis bu istiqamətdə ilk addımını atıb: "İyun ayında Naxçıvan Muxtar Respublikası Konstitusiyasına dəyişikliklərin edilməsi ilə bağlı Milli Məclis ilk oxunuşda konstitusiya qanunu qəbul etmişdi. Təbii ki, həmin konstitusiya qanunu Naxçıvan Muxtar Respublikası Konstitusiyasının bir çox müddəalarını dəyişməklə muxtariyyətin statusunda müəyyən yenilənməni əsk etdirib. Azərbaycan Konstitusiyasının bir fəsli bütövlükdə Naxçıvan Muxtar Respublikasının hüquqi statusuna həsr olunub. Konstitusiyaya görə, Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlətdir. Müasir dövrdə Naxçıvanın hüquqi statusunu müəyyənləşdirmək, onun təhlükəsizliyinə təminat vermək Azərbaycan dövlətinin tam imkanları çərçivəsindədir. Naxçıvan konstitusiyasında dəyişikliklər ediləcəksə, istər-istəməz Konstitusiyasının Naxçıvan Muxtar Respublikası Konstitusiyasının hüquqi statusunu müəyyənləşdirən müddəalarda müvafiq dəyişikliklərin edilməsi zərurəti meydana çıxacaq. Belə ki, konstitusiya qanunu Azərbaycan Konstitusiyasının tərkib hissəsidir. Konstitusiya qanunu Azərbaycan Respublikasının Konstitusiyasının zidd ola bilməz, ona uyğun olmalıdır".

"Azərbaycan bu gün özünün ən qürurlu dövrünü yaşayır”

Parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, 1995-ci ilin Konstitusiyasının qəbuluna qədər Ulu Öndər Heydər Əliyev iki dövlət çevrilişinin qarşısını alıb. O qeyd edib ki, Konstitusiya birləşdirici amildir: "Azərbaycan bu gün özünün ən qürurlu dövrünü yaşayır. Çünki bu gün Azərbaycanla Ermənistan sülh müqaviləsinin bir addımlığındadır. Amma məhz o vaxt Ermənistan konstitusiyasına daxil edilən müddəalar buna mane olur. Ona görə də konstitusiya əsas ana qanun kimi dövlətin gələcəyi ilə yanaşı, xalqın istək və arzularını da ifadə etməlidir”.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib ki, Azərbaycanın ərazi bütövlüyü tam şəkildə bərpa olunub və ölkə tam suveren şəkildə öz ərazisində idarəetməni təmin edir. O qeyd edib ki, 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasının əsas mesajı – Prezident İlham Əliyev tərəfindən irəli sürülən bu təşəbbüs çox dərin siyasi və hüquqi məna daşıyır: “Konstitusiyamızın qəbul olunmasının 30 ili, ərazi bütövlüyümüzün bərpa edilməsinin və qələbəmizin 5 ili tamam olur. Bu baxımdan Konstitusiyanın və suverenlik prinsipinin faktiki reallaşmasının mühüm mərhələsidir. Bu, eyni zamanda qələbəmizin və suverenliyimizin hüquqi əsaslarının möhkəmləndirilməsi istiqamətində "Konstitusiya və Suverenlik İli" çərçivəsində bütün sahələrdə əldə edilən nailiyyətlərin genişləndirilməsi və dövlətçilik ənənələrinin təbliği istiqamətində prioritet məsələlərdəndir”.

"Biz hər gün bir uğur, hər gün bir qələbə qazanırıq”

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova deyib ki, bu günlərdə Qarabağda keçmiş məcburi köçkünlərlə görüş zamanı Prezident İlham Əliyev qeyd etdi ki, “son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir”. Deputatın sözlərinə görə, bu, həqiqətən də belədir: "Biz hər gün bir uğur, hər gün bir qələbə qazanırıq. Sentyabr ayı Azərbaycan xalqının təqvimində xüsusi bir aydır. Əlamətdar tarixlərlə doludur. Həmin günlər ölkəmizin, xalqımızın tarixini dəyişdirən mühüm mərhələlərə çevrildi". O qeyd edib ki, bununla da, Azərbaycan xalqına milli qürur hissinin, Azərbaycanın bütün əraziləri üzərində suverenliyin qaytarılmasının başlanğıcı qoyuldu: “Bir vaxtlar Ulu Öndərimiz Heydər Əliyevin müdrik uzaqgörənliklə səsləndirdiyi bir fikri xatırlatmaq istərdim. O deyirdi ki, “Bu gün böyük iftixar hissi ilə deyə bilərik ki, biz artıq öz taleyimizin, öz ölkəmizin sahibiyik və Azərbaycanın dövlət müstəqilliyi əbədidir, daimidir”. Zaman göstərdi ki, o nə qədər haqlıdır. Özündən çox inandığı Prezident İlham Əliyev onun bu fikirlərini reallığa çevirdi".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
1
sherg.az

2Mənbələr