AZ

Messi "İnter Mayami" ilə müqaviləsini uzatmaq üzrədir

Lionel Messi "İnter Mayami" ilə 2025-ci ilin sonunda başa çatacaq müqaviləsini uzatmağa yaxındır.

İdman.biz bildirir ki, bu barədə jurnalist Fabrisio Romano sosial şəbəkədəki səhifəsində yazıb.

Məlumata görə, 38 yaşlı oyunçunun "flaminqolar"la danışıqları son mərhələdədir. Hazırda tərəflərin dəqiqləşdirmək üçün bir neçə detalı qalıb, bundan sonra onlar MLS-in razılığını almalı olacaqlar.

Son həftələr danışıqların intensivləşdiyi üçün sazişin tezliklə imzalana biləcəyi vurğulanır.

Messi 2023-cü ilin yayında sərbəst agent kimi "İnter Mayami"yə keçib. Bu müddət ərzində hücumçu bütün yarışlarda 75 matçda meydana çıxıb, 62 qol vurub və 30 məhsuldar ötürmə verib. Transfermarkt portalında verilən məlumata görə, onun bazar dəyəri 18 milyon avrodur.

İdman.biz

Seçilən
41
1
idman.biz

3Mənbələr