AZ

Ser Aleks Ferqyuson yaddaş itkisi, tarix və qardaşı barədə

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Ser Aleks Feryuson BBC-yə müsahibəsində təqaüddə nə etdiyi barədə danışıb.

İdman.biz bildirir ki, Ferqyuson, qardaşı Martinə xəstəlik diaqnozu qoyulduğu üçün Alzheymer xəstəliyi olan insanlar üçün musiqi terapiyası proqramı olan "Playlist for Life"ın səfiridir.

"Mən həmişə mahnı oxumağı sevmişəm; başqalarının bundan həzz alacağına əmin olmasam da, oxumaq mənim kimliyimin bir hissəsidir. Mən "Karrinqton"a gələndə işçilər mahnı oxumağımdan orada olduğumu bilirdilər. Düşünmürəm ki, onlar bundan həzz alırdılar; qorxuram ki, "budur, o gəlir, bütün qapıları bağlayın!", deyə pıçıldaşırdılar, - Ferqyuson deyib.

Demensiyalı insanların həyatında musiqinin rolu

O qeyd edib ki, özündə də demensiya ilə bağlı şübhələr olub: "Ona görə də bu, məndə maraq doğurdu və mən müxtəlif proqramlara daha çox cəlb olundum. Musiqi demensiyalı insanların həyatında mühüm rol oynayır, ona görə də bunu davam etdirmək vacibdir. İştirak etmək üçün musiqiçi olmaq lazım deyil.

Qardaşım xəstəlikdən əziyyət çəkir və təbii ki, asan deyil. Davamlı ünsiyyət qururuq, o məni tanıyır, amma yaddaş problemi var. Bununla belə, o, daha da pisləşmir və bu, çox ümidvericidir.

Mən də xəstələnəcəyimdən qorxuram? Bəli, çünki biz qardaşıq və mən ondan cəmi bir yaş böyüyəm. Mənim yalnız bir qardaşım var və o, mənim üçün çox önəmlidir. O, həmişə ağlımdadır.

Mən ona “yaz, hamısını yaz” deyirəm. Düşünürəm ki, o, buna cəhd edir, amma çox vaxt unudur. Mənim yaşımda yaddaşınızın necə olacağından bir az narahat olmağa başlayırsınız".

"Amerika Vətəndaş Müharibəsi məni cəlb edir"

Eks-çalışdırıcı özündə də yaddaş pozğunluğu olması barədə danışıb: "Dekabrda 84 yaşım olacaq və bəzi şeyləri unutduğum vaxtlar olur, amma məncə 20-30 il əvvəl də belə idi... heç kimin mükəmməl yaddaşı yoxdur. Amma futbola gələndə, mən məşqçi olanda yaddaş həmişə vacib olub. İndi davamlı olaraq krossvordlar edirəm, çox mahnı və kitab oxuyuram".

Ferqyuson tarixin vurğunu olduğunu deyib: "Xüsusən də Amerika Vətəndaş Müharibəsi məni cəlb edir. Mən Amerikada bir neçə döyüş meydanında olmuşam və oralar çox xoşuma gəlib.

Həyat yoldaşım vəfat edəndən sonra evdə çox vaxt keçirdim. Kəndə, oğluma daha yaxın köçdüm, amma bütün günü televizorun qarşısında otura bilmirəm, ona görə də səyahət etmək qərarına gəldim. Səudiyyə Ərəbistanında, Honq-Konqda və Bəhreyndə olmuşam.

Demensiyalı insanlarla ünsiyyət də faydalı oldu. Bu mənim xoşuma gəlir”.

İdman.biz

Seçilən
29
1
idman.biz

2Mənbələr