AZ

BDU “TEKNOFEST 2025”də EEG texnologiyasına əsaslanan layihə ilə çıxış edir

ain.az bildirir, Azertag portalına istinadən.

İstanbul, 20 sentyabr, Günel Karatepe, AZƏRTAC

Komandamız “TEKNOFEST 2025”də Bakı Dövlət Universiteti adından Azərbaycanı təmsil edir. Hazırda finala çıxmışıq və ortalama 97 balla siyahı üzrə ilk sıradayıq. Təqdimatımızı etmişik və nəticələri gözləyirik.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin informasiya təhlükəsizliyi ixtisası üzrə tələbəsi Cəmil Cəfərli bildirib.

“TEKNOFEST 2025”də məhdud hərəkət qabiliyyətli insanların qarşılaşdığı maneələrin həlli yollarını axtaran “Maneəsiz texnologiyalar” kateqoriyasında “Neuroscan” layihəsi ilə çıxış etdiklərini qeyd edən Cəmil deyib: “Beynin elektrik aktivliyini qeydə alan diaqnostik üsul olan elektroensefaloqrafiya (EEG) texnologiyasına əsaslanan bu layihədə müəyyən bir şəklə fokuslanaraq beynimizin buna uyğunlaşmasını təmin edirik. Belə olduqda beyində yaranan siqnalları xəstə baxıcısına ötürmək mümkün olur ki, bu da iflic olan xəstələrin istəklərini çatdırılmasını təmin edir. Burada əsas məqsəd bu kimi xəstələrin həyat şəraitinin yaxşılaşdırılnasına töhfə verməkdir”.

O, komandalarının ötən “TEKNOFEST”lərdə də çıxışlar etdiyini, 2022 və 2023-cü illərdə “Ağıllı nəqliyyat” kateqoriyası üzrə birincilik qazandıqlarını xatırladıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
22
azertag.az

1Mənbələr