Idman.biz portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Barselona”nın ingiltərəli hücumçusu Markus Reşford Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
İdman.biz bu barədə qurumun saytına istinadən məlumat verir.
Çempionlar Liqasının ümumi mərhələsinin 1-ci matçında Reşford "Nyukasl"ın qapısına iki qol vurub. Bu onun Kataloniya klubunda ilk qollarıdır.
Ən yaxşı oyunçu mükafatına Fransisko Trinçao (“Sportinq”), Markus Türam (“İnter”) və Duşan Vlaxoviç (“Yuventus”) da namizəd idilər.
İdman.biz.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.