AZ

Türkiyə 10 il əvvəl rus qırıcısını vurdu, biz isə... - Litvalı nazir

NATO-nun şimal-şərq sərhədi səbəbsiz yerə sınaqdan keçirilmir. Situasiyanı ciddi qəbul etməliyik.

Axar.az xəbər verir ki, bu barədə Litva müdafiə naziri Dovile Şakalene X səhifəsində yazıb.

“Qətiyyətli davranmalıyıq. Türkiyə 10 il əvvəl nümunə göstərdi. Düşünmək gərəkdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 24-də Türkiyənin F-16 qırıcısı Suriya istiqamətindən hava sərhədini pozan Rusiyanın Su-24-nü vurmuşdu.

Bir neçə gün əvvəl Rusiyaya məxsus PUA-lar Polşa və Rumıniya hava məkanına daxil olub. Ötən gün isə Rusiya qırıcıları Estoniya və Polşa hava sərhədini pozub.

Seçilən
6
1
axar.az

2Mənbələr