AZ

Aİ: “Dron divarı”mız Ukraynanı da qoruyacaq

BAKI, 20 sentyabr. TELEQRAF

Ukrayna, Rusiya dronlarının Polşaya hücumundan sonra Brüssel tərəfindən irəli sürülən Avropa İttifaqının "dron divarı" layihəsinin bir hissəsi olacaq.

Teleqraf xəbər verir ki, bu bəyanatla Avropa Komissiyasının nümayəndəsi Toma Renye çıxış edib.

“Bu, ön cəbhə ölkələrimizin və Ukraynanın potensial dron hücumlarından qorunmasını əhatə edir", - o bildirib.

Toma Renyenin sözlərinə görə, layihə Ukrayna üçün də əlçatan olan SAFE kredit aləti vasitəsilə həyata keçirilə bilər.

Müdafiə məsələləri üzrə Avropa komissarı Andryus Kubilyus gələn həftə Aİ-nin şərq sərhədi boyunca "dron divarı"nın yaradılması barədə müdafiə nazirləri ilə danışıqlar keçirməyi planlaşdırdığını bildirib. Qeyd edək ki, bunun aktuallığı Rusiya dronlarının Polşanın hava məkanını pozmasındansonra kəskin şəkildə artıb. "Dron divarı" ilə bağlı danışıqların 26 sentyabra keçirilməsi planlaşdırılır.

Seçilən
15
teleqraf.com

1Mənbələr