AZ

Ayda çay yetişdirmək mümkündür

Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bakı, 20 sentyabr, AZƏRTAC

ABŞ-ın Kentuki Universitetinin alimləri sübut ediblər ki, çayı Ay torpağını imitasiya edən mühitdə yetişdirmək olar.

AZƏRTAC xəbər verir ki, təcrübə Böyük Britaniyanın “Dartmoor Tea” plantasiyası, “Lightcurve Films” studiyası və “Europlanet” təşkilatı ilə birgə aparılıb. Alimlər bu kəşf haqqında “Space Agriculture Workshop” (SAW) konfransında məlumat veriblər.

Bitkilər “ay” və “Mars” torpaq analoqlarında əkilib, nəticələr isə Devon bölgəsindən gətirilmiş adi torpaqda böyüyən nəzarət qrupu ilə müqayisə olunub. Temperatur, işıqlandırma və rütubət şərtləri kosmosdakı şəraitə uyğun seçilib.

Nəticə gözlənilməz olub. “Ay” torpağında çay kolları kök atıb və nəzarət qrupundakı kimi normal inkişaf edib, amma “Mars” torpağında bitkilər məhv olub.

“Bu təcrübələr göstərir ki, dünyada yetişən kənd təsərrüfatı bitkilərini, o cümlədən çayı, Ay istixanalarında yetişdirmək mümkündür. Bu isə gələcək koloniyaçıları təravətli qida və hətta ənənəvi Britaniya “çay fasiləsi” ilə təmin edə bilər”, - deyə tədqiqatın rəhbəri professor Naycel Meyson bildirib.

Alimlər vurğulayırlar ki, araşdırmalar təkcə gələcək Ay bazaları üçün deyil, Yer üçün də əhəmiyyətlidir. Nəticələr bitkilərin əlverişsiz şəraitdə necə sağ qaldığını, iqlim dəyişikliyi və torpaqların münbitsizliyindən əziyyət çəkən zəifləmiş kökləri necə canlandırıla biləcəyini daha yaxşı anlamağa kömək edəcək.

“Biz ilk addımı atdıq və sübut etdik ki, çayı Ay torpağında yetişdirmək mümkündür. Növbəti addım bu şəraitdə bitkilərin fiziologiyasını öyrənmək, onların inkişafını yaxşılaşdırmaq və bu təcrübəni digər bitkilərə də tətbiq etməkdir”, - deyə doktor Sara Lopes-Qomolyon əlavə edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
2
azertag.az

3Mənbələr