BAKI, 20 sentyabr. TELEQRAF
Estoniya hökuməti Şimali Atlantika Müqaviləsinin 4-cü maddəsinə uyğun olaraq, Rusiya MiQ-31 qırıcılarının ölkənin hava məkanını pozması ilə əlaqədar NATO üzvlərinin fövqəladə məsləhətləşmələrinin keçirilməsini tələb etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal bildirib.
Bu maddədə deyilir: "Razılaşan tərəflər, onlardan hər hansı birinin fikrincə, Razılaşan tərəflərdən hər hansı birinin ərazi bütövlüyü, siyasi müstəqilliyi və ya təhlükəsizliyi təhdid altında olduğu təqdirdə, həmişə bir-biri ilə məsləhətləşəcəklər".
Xatırladaq ki, daha əvvəl Polşa Rusiya dronlarının onun hava məkanına daxil olmasından sonra oxşar məsləhətləşmələr çağırımışdı.