AZ

Mourinyo dedi: “Qarabağ”a uduzduğumuz kimi uduza bilmərik”

“Benfika”nın yeni baş məşqçisi Joze Mourinyo Çempionlar Liqasının ilk turunda Lissabonda “Qarabağ”a 2:3 hesabı ilə uduzduqları oyunu şərh edib.

Sportinfo.az “A Bola”-ya istinadən xəbər verir ki, Mourinyo Azərbaycan çempionuna məğlubiyyət haqda bunları deyib:

“Həmişə qazanmaq istəyirik. Amma iki gün əvvəl “Qarabağ”a uduzduğumuz kimi uduza bilmərik.

Bu, “Benfika” deyildi. “Benfika” 30 dəqiqə “Fənərbaxça” ilə görüşdə bir nəfər azlıqda oynayan və sonda müsbət nəticə əldə edən komandadır.

Məhz bu, özümü tanıyandan bu yana gördüyüm “Benfika”dır”.

“Qarabağ”la oyundan sonra “Benfika”nın keçmiş baş məşqçisi Bruno Laje istefaya göndərilib. Onu bu postda Joze Mourinyo əvəz edib.

Seçilən
30
sportinfo.az

1Mənbələr