AZ

Çelsi nin oyuunçusu Olimpiadada sprinter kimi iştirak etmək istəyir

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

"Çelsi"nin yarımmüdafiəçisi Mixail Mudrik 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Olimpiadada Ukraynanın yüngül atletika yığmasını təmsil etmək arzusunda olduğunu bildirib.

Bu barədə İdman.biz "Marca"ya istinadən bildirir.

Nəşrin məlumatına görə, əvvəllər antidopinq qaydalarını pozduğuna görə cəzalanan 24 yaşlı vinger artıq millinin sprinterləri ilə birgə məşq edir. Onun məqsədi sprinter kimi Olimpiadada iştirak etməkdir.

2024-cü ilin dekabrında dopinq-testdə Mudrikin qanında meldonium aşkarlanıb. 2025-ci ilin iyununda İngiltərə Futbol Assosiasiyası (FA) ona qarşı rəsmi ittiham irəli sürüb və o, dörd ilə qədər diskvalifikasiya oluna bilər.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
1
icma.az

2Mənbələr