AZ

Rusiya qırıcıları Polşanın Petrobaltik neft platformasına yaxınlaşdı

BAKI, 20 sentyabr. TELEQRAF

Rusiya qırıcıları Polşanın Baltik dənizindəki Petrobaltik hasilat platformasının təhlükəsizlik zonasına yaxınlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Polşa Sərhəd Mühafizəsi özünün X sosial media səhifəsindəməlumat yayıb.

“Rusiya Silahlı Qüvvələrinə məxsus iki döyüş təyyarəsi Petrobaltik hasilat platforması üzərində alçaq keçid həyata keçirib”, - məlumatda qeyd olunur.

Hadisə ilə bağlı Polşa Silahlı Qüvvələri və digər xidmətlər məlumatlandırılıb.

Sentyabrın 19-da Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahı bildirib ki, Rusiyanın üç MiQ-31 qırıcı təyyarəsi Vaindloo adası istiqamətindən ölkənin hava məkanını pozaraq orada təxminən 12 dəqiqə qalıb.

Eyni zamanda, təyyarələrin transponderlərinin söndürüldüyü, Estoniya hava dispetçerləri ilə ikitərəfli radio rabitəsinin olmadığı iddia edilir.

Seçilən
19
teleqraf.com

1Mənbələr