AZ

Özbəkistan Milli Paralimpiya Komitəsinin nümayəndə heyəti ilə görüş keçirilib  

Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti Hidayət Abdullayev Özbəkistan Paralimpiya Komitəsinin nümayəndə heyəti ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində MPK prezidenti komitənin inzibati binasını ziyarət edib və Özbəkistan Paralimpiya Komitəsi sədrinin müavini Hikmət Toşmatov, sədrin müşaviri Mardonbek Davronov, həmçinin Özbəkistan Gözdən Əlillər İdmanı Federasiyasının sədri Otabek Erqaşev ilə görüşüb.

Görüş zamanı tərəflər hər iki ölkədə paralimpiya hərəkatının inkişafı, mövcud əməkdaşlığın genişləndirilməsi, tibbi təsnifat məsələləri və bu sahədə mütəxəssislərin biliklərinin artırılması istiqamətlərini müzakirə ediblər.

Seçilən
11
5
azerbaijan-news.az

6Mənbələr