BMT-nin İrana qarşı sanksiyaları sentyabrın 28-də, Təhlükəsizlik Şurasının İrana qarşı sanksiyaların uzadılmaması ilə bağlı qətnaməni rədd etməsindən sonra tətbiq oluna bilər.
AFN.az xəbər verir ki, bu barədə TASS-a BMT Təhlükəsizlik Şurasındakı diplomatik mənbə bildirib.
"Qətnamə qəbul edilmədiyi üçün BMT-nin İrana qarşı sanksiyaları 30 günlük müddət başa çatdıqdan sonra, yəni sentyabrın 28-də tətbiq oluna bilər. Bununla belə, sazişin uzadılması ilə bağlı danışıqlar gələn həftə, o cümlədən BMT-nin Nyu Yorkda baş tutacaq yüksək səviyyəli həftəsi də daxil olmaqla, növbəti həftə davam edə bilər", - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, Rusiya, Çin, Əlcəzair və Pakistan qətnamənin lehinə səs verib. Qurumun 9 üzvü, o cümlədən ABŞ, Böyük Britaniya və Fransa əleyhinə səs verib. İki üzv isə bitərəf qalıb.