Apa.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
ABŞ Senatı Mayk Uoltsun ölkənin BMT-dəki daimi nümayəndəsi vəzifəsinə namizədliyini təsdiq edib.
APA xəbər verir ki, Uoltsun namizədliyini 47 senator dəstəkləyib, 43 senator isə əleyhinə səs verib.
Qeyd edək ki, ABŞ-ın BMT-də daimi nümayəndəsi vəzifəsi səkkiz aydır ki, boş idi və ABŞ missiyasına müvəqqəti işlər vəkili Doroti Şi rəhbərlik edirdi.
Uolts 2025-ci ilin mayında ABŞ prezidenti Donald Trampın BMT-dəki daimi nümayəndə vəzifəsinə namizədliyini elan etməsi ilə yanaşı, prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsindən azad edilib.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.