Avropa ölkələri ABŞ-nin iştirakı olmadan Ukraynaya yardımı davam etdirməyə hazır olmalıdır.
Redaktor.az xəbər verir ki, bunu “The Daily Telegraph” qəzetinə müsahibəsində ABŞ prezidentinin Ukrayna üzrə nümayəndəsi Keyt Kelloq deyib.
"Hazır olmaq daha yaxşıdır. ABŞ-nin dəstək verməkdən tamamilə imtina edəcəyini düşünmürəm. Lakin Avropanın möhkəm dayanması daha yaxşıdır. Hazırda Avropa Ukraynanın hərbi səylərini dəstəkləməkdə demək olar ki, kifayət qədər güclüdür və əvvəllər görünməmiş birlik nümayiş etdirir", - o deyib.