“Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çek gələn il İngiltərə Premyer Liqasına qayıda bilər.
90deqiqe.Az-ın "Milan Web"ə istinadən məlumatına görə, 29 yaşlı futbolçunun xidmətində “Nyukasl”, “Aston Villa” və “Vest Hem” komandaları maraqlıdır.
Mənbənin bildirdiyinə görə, hər üç klub yarımmüdafiəçini gələn yay transfer etməyi nəzərdən keçirir və artıq futbolçunun agenti ilə əlaqə saxlayıb.
Ruben Loftus-Çekin “Milan”la müqaviləsi 2027-ci ilin ortalarına qədər etibarlıdır. Transfermarkt portalına əsasən, futbolçunun bazar dəyəri 10 milyon avrodur.
Qeyd edək ki, Loftus-Çek yaxınlarda İngiltərə millisinə dəvət olunub, lakin sentyabr oyunlarının hər ikisində ehtiyat oyunçu qalıb.