Oxu.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Antiterror tədbirləri təkcə Azərbaycanın yox, eyni zamanda dünyanın hərb strategiyasına həkk olunan əməliyyat oldu".
Bu sözləri Baku TV-yə müsahibəsində antiterror tədbirlərində qəhrəmanlıq göstərən Mahir Hüseynov deyib.
"Azərbaycanın bir sutkadan da az vaxt ərzində apardığı antiterror tədbirləri dünyada ən uğurlu döyüş əməliyyatlarının siyahısına daxil olub", - o əlavə edib.
Mahir Hüseynov İkinci Qarabağ müharibəsi zamanı düşmənin 30 il ərzində təşkil etdiyi müdafiə xəttini 1-2 gündə yardıqlarını söyləyib:
"Onlar Azərbaycan Ordusunun gücünü dərk etmirdilər. Amma 2020-ci ildə İkinci Qarabağ müharibəsi, 2022-ci ildə Laçın və Kəlbəcər istiqamətində aparılan əməliyyatlarda ayılmağa başladılar. 2023-cü ildə antiterror tədbirlərində isə artıq nöqtəni qoyduq. Azərbaycan Ordusu kifayət qədər təcrübəli, yaxşı təchiz olunmuş, savadlı və Qarabağ üçün canlarını verməyə hazır olan əsgərlərdən ibarət idi. Düşmənin bunu dərk edərək ağ bayraq qaldırmasına bir gün kifayət etdi".
Ətraflı süjetdə:
Antiterror tədbirlərində qəhrəmanlıq göstərən Mahir Hüseynov: "30 illik müdafiəni 1-2 gündə yardıq"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.