AZ

Avtomobil partladıldı - Ən azı 11 nəfər ölüb

Ötən gün Pakistanın Bəlucistan əyalətində baş vermiş partlayışlar nəticəsində ən azı 11 nəfər həlak olub.

Bu barədə Avtosfer.az xarici mediaya istinadən xəbər verir.

Bildirilir ki, bir silahlı partlayıcı maddələrlə dolu avtomobili Pakistanın cənub-qərbində silahlı dəstələrin konvoyuna yönəldib.

Yerli hökumət orqanlarının iki nümayəndəsi AFP agentliyinə bildirib ki, ölən beş nəfərdən üçü hərbçi olub. Bəlucistan Azadlıq Ordusu hücuma görə məsuliyyəti öz üzərinə götürüb.

Dünən axşam saatlarında Pakistanın əyalətlərindən birində Əfqanıstanla sərhəd keçid məntəqəsi yaxınlığında baş verən partlayış nəticəsində altı fəhlə həlak olub.

Seçilən
16
1
avtosfer.az

2Mənbələr